Almaniya Bundesliqası təmsilçisinin baş məşqçisi təsdiqlənib
Futbol
- 18 noyabr, 2025
- 21:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Bundesliqası təmsilçisi "Borussiya"nı (Münhenqladbax) müvəqqəti çalışdıran Oyqen Polanskinin vəzifəsi dəqiqləşib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis komandanın əsas baş məşqçisi təyin edilib.
Polşalı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. O, 2025-ci ildən "Borussiya"nın baş məşqçisi vəzifəsini icra edir. Polanski Herardo Seoaneni istefaya göndərməsindən sonra komandanın "sükanı arxası"na keçib.
Onun rəhbərliyi altında komanda 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub.
Qeyd edək ki, "Borussiya" Bundesliqada 10 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Son xəbərlər
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə