Alman futbolçusu Merkelle şəklini hərraca çıxarır

Futbol
  • 07 dekabr, 2014
  • 09:11
Alman futbolçusu Merkelle şəklini hərraca çıxarır

Bakı. 7 dekabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun almaniyalı futbolçusu Lukas Podolski bəzi şəkillərini hərraca çıxarıb. Hərrac xeyriyyə məqsədi daşıyır.

"Report"-un Azadlıq Radiosuna istinadən məlumatına görə, futbolçu "Twitter" səhifəsində hərraca çıxardığı şəkillər arasında Almaniya Kansleri Angela Merkellə çəkdirdiyi "selfie"ni də göstərib. "Selfie" çərçivəyə salınıb və futbolçunun imzası var. Şəklin qiyməti 1.750 avrodur.

Almaniya Kansleri Angela Merkelin olduğu həmin "selfi" 2014-cü il dünya çempionatının final matçından sonra soyunub-geyinmə otağında çəkilib.

Futbolçu həmçinin həmkarı Bastian Schweinsteigerlə olan "selfie"sini də hərraca çıxarıb. Onun qiyməti 2000 avrodan başlayır.

Hərracda əldə edilən bütün vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacağı deyilir.