Aleksey Kaşuk: "Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir
Futbol
- 05 sentyabr, 2024
- 07:29
"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir.
"Report" "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, bunu ukraynalı futbolçu Alaksey Kaşuk deyib.
Yarımmüdafiəçi "köhlən atlar"a keçidi barədə açıqlama verib:
"Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".
Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.
Son xəbərlər
10:20
Azərbaycan Mərkəzi Bankı daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
Maliyyə10:17
Foto
Video
"İrşad"da "Yaşıl Günlər" başladı!
Biznes10:15
EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
ASK10:14
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Biznes10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49