Slovakiya yığmasının futbolçusu: "Azərbaycan da çox asan rəqib olmayacaq"

Slovakiya yığmasının futbolçusu: "Azərbaycan da çox asan rəqib olmayacaq" "Qrupu ikinci pillədə başa vurmağa çalışacağıq"
Futbol
24 Dekabr , 2018 09:48
Slovakiya yığmasının futbolçusu: Azərbaycan da çox asan rəqib olmayacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ "Həqiqətən də maraqlı qrupa düşmüşük. Xüsusən, Macarıstanla derbini qeyd edərdim".

"Report"un məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Albert Rusnak yerli profutbal.sk nəşrinə müsahibəsində 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib. MLS-də ABŞ-ın "Real Solt-Leyk" klubunun formasını geyinən 24 yaşlı hücumameylli yarımmüdafiəçi digər komandalardan da danışıb: "Qrupun favoriti Xorvatiyadır, Uels də güclü yığmadır. Fikrimcə, Azərbaycan millisi də çox asan rəqib olmayacaq. Hesab edirəm ki, irəli getmək şansımız var. Qrupu ikinci pillədə başa vurmağa çalışacağıq".

Rusnak seçmə mərhələyə hazırlıq dövründə yoldaşlıq görüşlərinin sayının azlığını müsbət məqam kimi vurğulayıb: "Bütün görüşlər rəsmi xarakter daşıyacaq ki, bu da bizim üçün müsbət məqamdır. Daim xal uğrunda mübarizə apararaq, Avropa çempionatına doğru irəliləyəcəyik. Seçmə mərhələnin startını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da səfərdə qarşılaşacaq. Yığmaya 2016-cı ildən dəvət alan Albert Rusnak 15 oyuna 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi