Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib

Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib AFFA-nın Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Premyer Liqa iştirakçılarının ikincilik şanslarını dəyərləndirib.
Futbol
18 May , 2024 17:26
Ağasəlim Mircavadov Sumqayıtın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Sumqayıt" klubunun Azərbaycan Premyer Liqasında ikinci olmaq şansını daha yüksək qiymətləndirib.

76 yaşlı mütəxəssis bu barədə “Report”a açıqlamasında deyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi qələbə ruhu və istəyin əsas olduğunu söyləyib: “Sumqayıt”ın mövsümün sonunda ikinci pilləni tutmaq şansı, həmçinin komanda ruhu böyükdür. Avrokuboklara vəsiqə qazanan komandalar, o cümlədən məşqçilər səhvə yol verməməlidirlər. 9 aydır əziyyət çəkirlər. Oyunların səviyyəsi aşağı ola bilər. Amma qələbə ruhu, istək yüksək olmalıdır. “Zirə”nin, “Neftçi”nin də yaxşı şansları var. Son oyunlar elədir ki, hər bir komanda avrokuboklara vəsiqə qazana bilər”.

Qeyd edək ki, 82 xalla turnir cədvəlinin zirvəsində qərarlaşan “Qarabağ” çempionluğu təmin edib. “Sumqayıt” 54 xalla ikinci, “Neftçi” 53 xalla üçüncüdür. “Zirə” 52 xalla dördüncü, eyni xala malik "Sabah" beşinci pillədə qərarlaşıb

Son xəbərlər

Orphus sistemi