Afrikalı futbolçu "Qəbələ"də qalacaq
Futbol
- 24 iyul, 2020
- 08:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında daha bir legioner futbolçunun durumuna aydınlıq gəlib.
Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, toqolu yarımmüdafiəçi Yaovi Akakpo da komandada qalacaq. Klub rəsmisi 21 yaşlı oyunçunun hazırda komanda ilə birlikdə məşq etdiyini söyləyib.
Əzizov Akakponun daha iki illik müqaviləsinin olduğunu da xatırladıb. O, sözləşmələri başa çatan digər legionerlərlə də danışıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Yaovi Akakpo fevralda "Qəbələ"yə keçib. Daha əvvəl legionerlərdən gürcüstanlı Merab Giqauri və çilili Rodriqo Qattasın əyalət təmsilçisində qalacağı dəqiqləşib.
Son xəbərlər
18:40
Foto
"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı - FOTOSESSİYA
Komanda
18:26
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Digər ölkələr
18:17
İranın ticarət gəmilərinə hücumları Hörmüz boğazında gəmi trafikini azaldıb
Digər ölkələr
17:58
İndoneziyada fabrikdə yanğın nəticəsində ölənlərin sayı durmadan artır - Yenilənib
Digər ölkələr
17:52
"BepiColombo" kosmik aparatı Merkurinin orbitinə daxil olub
Elm və təhsil
17:31
Foto
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Futbol
17:14
Azərbaycan Basketbol Liqasında I turdan təxirə salınmış oyun keçirilib
Komanda
17:10
Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
Digər ölkələr
16:56
Video
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Digər ölkələr