AFFA prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovu yubileyi münasibəti ilə təbrik edib.
"Report" xəbər verir ki, funksioner veteran futbolçuya cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun 65 yaşı tamam olur.
![](https://static.report.az/photo/fe188294-5ebf-3242-ad86-332a61f8e8a6.jpg)