AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kursuna yekun vurulub

Futbol
  • 14 dekabr, 2023
  • 13:19
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kursuna yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kursuna yekun vurulub.

"Report" xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan kurs 3 gün davam edib.

Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar verilib. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti