AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq” “FIFA-nın hansısa stadiona Pelenin adının verilməsi ilə bağlı müraciətindən sonra AFFA-da bu məsələ müzakirə olunacaq”.
Futbol
3 Yanvar , 2023 13:03
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”
Sərxan Hacıyev

“FIFA-nın hansısa stadiona Pelenin adının verilməsi ilə bağlı müraciətindən sonra AFFA-da bu məsələ müzakirə olunacaq”.

Bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev FIFA prezidenti Canni İnfantinonun Pelenin dəfn mərasimində bütün ölkələrdə ən azı bir stadiona mərhum braziliyalının adının verilməsi üçün müraciət edəcəkləri ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib.

Milli assosiasiya rəsmisi bunun üçün ali futbol qurumundan rəsmi məktub gözlədiklərini söyləyib: “FIFA prezidentinin həmin açıqlamasından xəbərdarıq. Canni İnfantino federasiyalara müraciət edəcəklərini bildirib. Lakin bu məsələ hələ ki, AFFA-ya rəsmi qaydada daxil olmayıb. Hazırda rəsmi müraciəti gözləyirik. Ondan sonra AFFA daxilində müzakirə olunacaq və bunun nəticəsi ilə bağlı icitmaiyyəti məlumatlandıracağıq”.

Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da vəfat edib.

Son xəbərlər

Orphus sistemi