AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələyib
Futbol
- 10 dekabr, 2025
- 12:31
AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.
"Report" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasının XIV turunun "Sabah"la səfər görüşündə "Neftçi"nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.
"Sumqayıt" – "İmişli" qarşılaşmasının 90+13-cü dəqiqəsində isə meydan sahiblərinin məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, bu səbəbdən 1 oyunu buraxacaq, "Sumqayıt" 1000 manat cərimə ödəyəcək.
"İmişli" komandası isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Son xəbərlər
02:46
Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq
Digər ölkələr02:04
Miçiqanda 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
Digər ölkələr01:43
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Elm və təhsil01:17
Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib
Region01:09
Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib
İnfrastruktur00:51
KİV: İsrail "Rəfah" keçid məntəqəsini açmamaq barədə qərar qəbul edib
Digər ölkələr00:39
Əl Şaraa Trampla Suriyadakı vəziyyəti müzakirə edib
Digər ölkələr00:24
KİV: Alman şirkətləri 2025-ci ildə ABŞ-yə investisiyaları, demək olar, yarıya endirib
Digər ölkələr00:01
Foto