AFFA Məşqçilər Komitəsinin sədri: “Sabah” və “Sumqayıt” komandalarının şansları bərabərdir

AFFA Məşqçilər Komitəsinin sədri: “Sabah” və “Sumqayıt” komandalarının şansları bərabərdir “Sabah” və “Sumqayıt” komandalarının şansları bərabərdir
Futbol
18 May , 2024 14:24
AFFA Məşqçilər Komitəsinin sədri: “Sabah” və “Sumqayıt” komandalarının şansları bərabərdir

Komandaların şansları bərabərdir.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasının XXXV turunda baş tutacaq “Sabah” - “Sumqayıt” matçı ilə bağlı danışarkən deyib.

Şansları dəyərləndirən mütəxəssis “Qarabağ”dan başqa bütün komandaların səviyyəsinin eyni olduğunu söyləyib: “Son iki turda bütün oyunlar maraq dairəsindədir. Xal itkisinə məruz qalan komandalar avrokuboklarda iştirak şanslarının üstündən xətt çəkə bilər. Bizi intiriqa dolu, maraqlı oyun gözləyir. Çempionat onu göstərdi ki, hər iki komandanın şansları bərabərdir. Oyun kimin üstün olduğunu göstərəcək. Komandalara uğurlar diləmək istəyirəm. Konkret proqnoz vermək düzgün deyil. “Qarabağ”ı çıxmaq şərtilə, qalan bütün rəqiblərin səviyyəsi eynidir. Bu da çempionata rəng qatır. İnşallah, azarkeşləri sevindirən oyunlara şahidlik edərik”.

Qeyd edək ki, “Sabah” - “Sumqayıt” oyunu bu gün, saat 17:00-da reallaşacaq. Hazırda “Sumqayıt” 54 xalla turnir cədvəlində ikinci, “Sabah” isə 52 xalla beşinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi