AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub Aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub
Futbol
4 Oktyabr , 2022 16:55
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında bir sıra mühüm qərarlar qəbul edilib.

"Report" bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

Bundan əlavə, U-19 yığmasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib.

Həmçinin, qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiqlənib. U-19 Zamir Həsənova, U-17 Nərgiz Qurbanovaya, U-15 isə Xanlar Əliyevə tapşılırıb.

Toplantıda lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər də təsdiq olunub.

İclasda Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.

Yoxlama-Təftiş Komitəsinin tərkibi təsdiq olunub. AFFA nümayəndəsi Xalid Cavadov sədr kimi fəaliyyət göstərəcək. Xanım Məmmədova (AFFA nümayəndəsi), Tariyel Şirəliyev (SOCAR nümayəndəsi), Hafiz Quliyev (İqtisadiyyat Nazirliyinin nümayəndəsi), Səftər Vəlizadə (Dövlət Auditorlar Palatasının nümayəndəsi) və Elnur Kazımov (Dövlət Auditorlar Palatasının sərbəst auditoru) Komitənin üzvü olub.

Son xəbərlər

Orphus sistemi