AFFA Azərbaycanın ən titullu futbolçusunu 5 oyunluq cəzalandırıb
Futbol
- 04 dekabr, 2019
- 09:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovu 5 oyunluq cəzalandırıb.
“Report” xəbər verir ki, buna səbəb 46 yaşlı mütəxəssisin I divizionun XII turunda “Kəpəz”lə oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətməsidir. Klub buna görə 400 manat cərimə ödəməli olacaq.
Qurbanova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.
Qeyd edək ki, Mahmud Qurbanov Azərbaycanın ən titullu futbolçusudur. Onqat ölkə çempionu olan veteran futbolçu medallar və kuboklar nəzərə alınmaqla karyerasında 19 mükafat qazanıb.
Son xəbərlər
14:28
UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
Futbol
14:26
Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclası Nyu-Dehlidə keçiriləcək
Xarici siyasət
14:25
Ukraynada deputatlar mandatlarını itirmədən hərbi xidmət keçə bilər
Region
14:22
"AMAL Group"un xalis mənfəəti 39 %-dən çox azalıb
Maliyyə
14:12
Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 40 %-ə yaxın artıb
Biznes
14:12
"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirib
Futbol
14:07
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
Sosial müdafiə
13:57
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Hadisə
13:52
Foto
DOST mərkəzlərində 5 milyonuncu vətəndaşa xidmət göstərilib
Sosial müdafiə