2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda çıxış etmək istəyən klublar müəyyənləşib

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda çıxış etmək istəyən klublar müəyyənləşib “Sabah” klubu fəaliyyətinin 3 ili tamam olmadığı üçün qitəmiqyaslı turnirlərə qatıla bilməz
Futbol
5 Dekabr , 2018 13:54
2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda çıxış etmək istəyən klublar müəyyənləşib

Bakı. 5 dekabr. REPORT.AZ/ 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-ya müraciət edən klubların adları açıqlanıb.

Bu barədə “Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda Premyer Liqa və I Divizionda yer alan bütün klublar elitada çıxış etmək üçün ərizə veriblər: “Ümumilikdə 15 klub - Premyer Liqadan “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə”, “Sumqayıt” və “Zirə”, I Diviziondan isə MOİK, “Şüvəlan”, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Kəpəz” və “Ağsu” müraciət edib”.

S.Hacıyev bildirib ki, Premyer Liqanın 7 klubu növbəti mövsüm avrokubokda çıxış etmək üçün ərizə verib. “Sabah” klubu isə fəaliyyətinin 3 ili tamam olmadığı üçün qitəmiqyaslı turnirlərə qatıla bilməz.

Son xəbərlər

Orphus sistemi