"Keşlə" millimizin sabiq futbolçusunu transfer etdi

"Keşlə" millimizin sabiq futbolçusunu transfer etdi 2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılan Rail Məlikovun yeni klubu müəyyənləşib.
Futbol
821
24 Avqust , 2020 18:12
Keşlə millimizin sabiq futbolçusunu transfer etdi

2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılan Rail Məlikovun yeni klubu müəyyənləşib.

Bu barədə "Report"a futbolçunun özü məlumat verib.

35 yaşlı müdafiəçi "Keşlə"yə keçib. Azərbaycan millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Məlikov bunadək Azərbaycanda "Sumqayıt"la yanaşı, "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın, Türkiyədə isə "Denizlispor"un formasını geyinib.

Son xəbərlər

Orphus sistemi