"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub - YENİLƏNİB

"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub - YENİLƏNİB Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.
Formula 1
13 Sentyabr , 2024 15:44
Formula 2: Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

"Report"un məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

15:00

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.

"Report"un məlumatına görə, təsnifat mərhələsi saat 15:00-da başlayıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi