“Formula 1”: Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində hərəkət məhdudlaşacaq

“Formula 1”: Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində hərəkət məhdudlaşacaq Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.
Formula 1
15 Aprel , 2023 09:59
“Formula 1”: Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində hərəkət məhdudlaşacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.

BŞH-dan “Report”a verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi