Zeynəb Hümmətova: Bütün Azərbaycanın dəstəyini hiss edirdik

Zeynəb Hümmətova: Bütün Azərbaycanın dəstəyini hiss edirdik Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik.
Fərdi
10 Avqust , 2024 18:42
Zeynəb Hümmətova: Bütün Azərbaycanın dəstəyini hiss edirdik

Azarkeşlər bizi dayanmadan dəstəkləyirdilər. Burada bütün Azərbaycanın dəstəyini hiss edirdik.

"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova kollektivin Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, möhtəşəm dəstək gördüklərini söyləyib:

"Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik. Əlimizdən gələni etdik, tarixi nəticəyə imza atdıq. Başda Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərə, xareoqraflara, hamıya minnətdarlığımı bildirirəm. Arenada olan müsbət ab-hava da çıxışımıza yaxşı təsir etdi. Ümid edirəm ki, bizə güvənənlərin etimadını doğrultduq".

Qeyd edək ki, təmsilçimiz Paris olimpiadasında 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi