Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub Bakıda keçiriləcək Zabit Səmədovun vida gecəsinin bütün döyüşlərinin tərkibi müəyyənləşib.
Fərdi
2 Sentyabr , 2022 17:30
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub
Zabit Səmədov

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsində bütün döyüşlərin tərkibi müəyyənləşib.

"Report"un məlumatına görə, iştirakçılar siyahısında daha iki dəyişiklik edilib. Bolqarıstanlı kikboksçu Stoyan Koprivlenskinin yarışa qatılmayacağı bəlli olub. Onu 31 yaşlı Almaniya doğumlu, Niderland-Anqola əsilli idmançı Kristian Baya əvəzləyib. Həmçinin, qadınların döyüşündə belaruslu Polina Laminskayanın yerinə türkiyəli Kübra Aksoy çıxış edəcək.

Gecənin son döyüşü "Mauqli" ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu yarışda çempion olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq.

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)

Qeyd edək ki, sentyabrın 10-da keçiriləcək bu yarış Milli Gimnastika Arenasında baş tutacaq. Döyüşlər hər biri 3 dəqiqədən ibarət olmaqla 3 raund üzrə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi