Xocəsən gölü ətrafında minədək ağac əkilib
Fərdi
- 28 dekabr, 2021
- 10:38
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocəsən gölü ətrafında ağacəkmə tədbiri keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ağacəkmədə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.
Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.
Son xəbərlər
19:15
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
Digər ölkələr18:52
Foto
Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"
Futbol18:46
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Hadisə18:37
Qismət Alıyev: "Syerra-Leone ilə oyun bizim üçün önəmlidir"
Futbol18:25
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
Region17:59
Foto
Video
FHN: Su basmış ərazilərdən 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Hadisə17:52
Hindistanın iki tankeri Hörmüz boğazını keçib
Digər ölkələr17:38
Mirzoyan: Hazırda TRIPP layihəsi üçün sənədlərin razılaşdırılması mərhələsindəyik
Region17:30