Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.
Fərdi
21 Dekabr , 2024 13:52
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın final yarışları Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.

Təhsil ocağının idman zalında təşkil olunan yarışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov, həmçinin media nümayəndələri iştirak edib.

Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər. F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.

1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer almış Azərbaycan badminton ailəsinin üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.

Son xəbərlər

Orphus sistemi