Vitse-prezident: Sumo güləşçilərimiz dünya çempionatında əzmkar mübarizə apardılar

Vitse-prezident: Sumo güləşçilərimiz dünya çempionatında əzmkar mübarizə apardılar İdmançılarımız bu yarışda əzmkar mübarizə apardılar.
Fərdi
11 Sentyabr , 2024 12:27
Vitse-prezident: Sumo güləşçilərimiz dünya çempionatında əzmkar mübarizə apardılar

İdmançılarımız bu yarışda əzmkar mübarizə apardılar.

Bunu "Report"a açıqlamasında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Polşanın Krotoşin şəhərində keçirilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi turnirdəki nəticəni qənaətbəxş hesab etdiklərini bildirib:

"Bundan əvvəlki mundial ilə müqayisədə daha çox mükafat əldə edik".

Vitse-prezident qarşıdakı hədəflərindən də söz açıb:

"2025-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlaşacağıq. Tailandda reallaşacaq yarışda medal sayını daha da artırmaq niyyətindəyik. Bundan əlavə, tarixdə ilk dəfə ölkəmiz adına qızıl mükafat qazanmağı qarşımıza məqsəd qoymuşuq".

Qeyd edək ki, Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç bürünc medal əldə ediblər. 80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Son xəbərlər

Orphus sistemi