Veyk-an-Zee: Məmmədyarov növbəti qələbəsini qazanaraq yenidən liderliyə yüksəlib

Veyk-an-Zee: Məmmədyarov növbəti qələbəsini qazanaraq yenidən liderliyə yüksəlib Azərbaycanlı qrossmeyster rusiyalı Svidleri məğlub edib
Fərdi
25 Yanvar , 2018 00:59
Veyk-an-Zee: Məmmədyarov növbəti qələbəsini qazanaraq yenidən liderliyə yüksəlib

Bakı. 25 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirində 10-cu tura yekun vurulub.

“Report” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Şəhriyar Məmmədyarov sona üç tur qalmış növbəti qələbəsini qazanaraq xalını 7-yə çatdırıb və yenidən şərikli liderliyə yüksəlib.

Məmmədyarov X turda rusiyalı Pyotr Svidleri məğlub edib.

10-cu tur. Kramnik (Rusiya) – Matlakov (Rusiya) – 1:0., Svidler (Rusiya) – Məmmədyarov (AZƏRBAYCAN) – 0:1, Karlsen (Norveç) – So (ABŞ) – 1:0,Cons (İngiltərə) – Anand (Hindistan) – 0:1.

Heç-heçə: Giri (Hollandiya) – Karyakin (Rusiya), Vey İ (Çin) – Karuana (ABŞ), Hou İfan (Çin) – Adiban (Hindistan).

10 turdan sonra turnirdə vəziyyət. 1-3. Giri, Məmmədyarov, Karlsen – 7; 4. Kramnik – 6,5. 5. Anand – 6. 6-7. So, Karyakin – 5,5; 8. Svidler – 4,5; 9-12. Cons, Matlakov, Karuana, Vey İ – 4; 13. Adiban – 2,5; 14. Hou İfan – 1,5.

Son xəbərlər

Orphus sistemi