Uşu kunq-fu üzrə Azərbaycan millisi Avropa çempionatında 9 medal qazanıb

Fərdi
  • 19 dekabr, 2023
  • 11:50
Uşu kunq-fu üzrə Azərbaycan millisi Avropa çempionatında 9 medal qazanıb

Uşu kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında 9 medal qazanıblar.

“Report” xəbər verir ki, onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bürünc mükafata yiyələnib.

Elçin Eminov bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə Avropa çempionu olub. Hamza Rəsulzadə də rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.

44 - Tezliklə