Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib. "Report"un məlumatına görə, XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə u
Fərdi
22 Sentyabr , 2024 17:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

"Report"un məlumatına görə, XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rameşbabu Vaişali - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Balacayeva 1:0

Bu nəticələrin ardından 15 xal toplayan seçməmiz yarışı 15-ci sırada başa vurub.

Komandamıza qalib gələn Hindistan 45-ci Ümumdünya Şahmat Olimpiadasını ilk sırada bitirib.

Qeyd edək ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Son xəbərlər

Orphus sistemi