Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında münasibətlər haqqında fikirlərini bölüşüb.
Bu barədə “Report”
Onun sözlərinə görə, əgər irlandiyalı titulu qazana bilsə, onda Nurməhəmmədov onunla döyüşmək üçün ikinci dəfə oktaqona qayıdacaq.
"Mən Həbibin onun yüngül çəkidə bütün döyüşçülərdən daha güclü olması barədə sözləri ilə razıyam. Amma mən həmçinin bilirəm ki, o həqiqətən də Konora nifrət edir. Biz hələ beləsini görməmişik", - Uayt deyib.
Daha əvvəl isə Həbib Nurməhəmmədov karyerasını bərpa edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Dağıstanlı döyüşçü yenidən peşəkar rinqə qayıtmayacağını açıqlayıb.
O, artıq təqaüdə çıxdığını bildirib: "Mənə görə idmanın bu sahəsində durğunluq olmasını istəmirəm. Qoy, titul uğrunda gənclər mübarizə aparsınlar. Ümid edirəm ki, UFC-nin prezidenti Deyna Uayt bu sözlərimi eşidəcək və məni rahat buraxacaq".