Tokio-2020: Erməniyə qalib gələn Azərbaycan güləşçisi olimpiya mükafatçısı olub

Tokio-2020: Erməniyə qalib gələn Azərbaycan güləşçisi olimpiya mükafatçısı olub Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Fərdi
1371
3 Avqust , 2021 14:59
Tokio-2020: Erməniyə qalib gələn Azərbaycan güləşçisi olimpiya mükafatçısı olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı Ermənistan təmsilçisi Karapet Çalyanla qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Hüseynov Azərbaycana olimpiadada 3-cü bürünc medalı qazandırıb.

İlk hissədə hesabda geri düşməsinə baxmayaraq, azərbaycanlı pəhləvan əzmkarlıq nümayiş etdirib. Onun qarşısını rəqibin hakim qərarına etirazları da ala bilməyib. Əksinə, epizodun təkrarına baxan ədalət təmsilçiləri rədd qərarı veriblər.

06:22

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.

Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

06:07

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tunis təmsilçisi Lamyed Maafi ilə üz-üzə gəlib.

11:1 hesabı ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq

Qeyd edək ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.

Son xəbərlər

Orphus sistemi