Tərtərdə keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub

Tərtərdə keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub.
Fərdi
29 İyun , 2024 18:16
Tərtərdə keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub

Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub.

"Report"un yerli bürosu xəbər verir ki, iki gün davam edən yarışın yekununda qaliblər mükafatlandırılıb.

2016-cı il təvəllüdlü idmançıların çoxnövçülük üzrə yarışında bütün rəqiblərini qabaqlayan Suel Kərimova qızıl, Gülər Xanseydiova gümüş, Aylin Gözəlova isə bürünc medal qazanıb.

2015-ci ildən olan gimnastlar arasında Mira Özel fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nikat Pünhanlı ikinci, Leyla Kərimli isə üçüncü yerlə kifayətlənib.

2014-cü il təvəllüdlü idmançılardan Mişel Aniskina qızıl, Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva isə bürünc medala sahib çıxıb.

Qrup hərəkətləri üzrə çoxnövçülükdə BGM 2 (Bakı Gimnastika Məktəbinin ikinci heyəti) qızıl, "Grasiya" İdman Klubu gümüş, BGM 1 (Bakı Gimnastika Məktəbinin birinci heyəti) bürünc medal əldə edib.

Yeniyetmələr arasında çoxnövçülük üzrə yarışda Mariya Kozaçuk qızıl, Azadə Atakişiyeva gümüş, Nur Sadıqova bürünc mükafatçı olub.

Gənclər arasında çoxnövçülük üzrə yarışda Sofiya Marçuk qalib adını qazanıb. Şəms Müvəffəqi ikinci, Dəniz Abdullazadə isə üçüncü olmaqla adlarını mükafatçılar sırasına yazdırıblar.

Qeyd edək ki, birincilikdə müxtəlif idman klublarından 130 idmançı qüvvəsini sınayıb.

Son xəbərlər

Orphus sistemi