Tayson Consla döyüşündən sonra rinqi qalmaqalla tərk etdi
Fərdi
- 29 noyabr, 2020
- 05:59
ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.
"Report"un məlumatına görə, hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb. Bu barədə görüş bitdikdən sonra elan verilib.
Hər iki boksçu qərardan narazı qalıb. Qələbəni özünün qazandığına əminliyini vurğulayan Tayson döyüşün ardından rinqi qalmaqalla tərk edib. O, nəticə ilə qəti razı olmadığını açıqlayıb. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.
Qeyd edək ki, Mayk Tayson 2005-ci, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.
Son xəbərlər
09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:45
Hacıqabulda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb
Hadisə09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18