"Tata Steel Chess": Teymur Rəcəbov blitsdə sonuncu olub

"Tata Steel Chess": Teymur Rəcəbov blitsdə sonuncu olub Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.
Fərdi
9 Sentyabr , 2023 18:12
Tata Steel Chess: Teymur Rəcəbov blitsdə sonuncu olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.

“Report” xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.

Beləliklə, Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə 2 xal toplayan milli üzvü blits turniri 5,5 xalla sonuncu - 10-cu pillədə bitirib.

Qeyd edək ki, Teymur Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi