Sabiq kikboksçu Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti oldu

Sabiq kikboksçu Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti oldu Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev yeni yaradılan Birləşmiş Krallıqda Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti seçilib.
Fərdi
3 Sentyabr , 2020 09:36
Sabiq kikboksçu Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti oldu
Hafiz Baxşəliyev

Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev yeni yaradılan Birləşmiş Krallıqda Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti seçilib.

"Report"un məlumatına görə, bu barədə idmançının özü şəxsi "Facebook" səhifəsində yazıb. Baxşəliyev onu bu vəzifəyə rəhbər olmağa layiq görən təsisçilər qrupuna təşəkkür edib.

"Britaniyada bu cəmiyyətə rəhbər olmağa məndən daha layiqli şəxslər olduğuna əminəm. Amma başlanğıc üçün bu ağır yükü üzərimə götürməkdən imtina etməməyi həqiqi bir azərbaycanlı olaraq özümə borc bildim. Sizlərin də dəstəyi ilə bu şərəfli iş uğrunda mübarizə apararaq, Vətənimizi bu ölkədə layiqincə təmsil edib, vətəndaşlarımızın birliyini, bərabərliyini təmin etməyə, birlikdə düşməndən daha güclü olmağa çalışacağıq. Vətənimizə, millətimizə xeyirli olsun" deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi