Şuşadakı beynəlxalq şahmat turnirinin loqotipi təqdim olunub
Fərdi
- 24 avqust, 2022
- 14:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.
AŞF-dən "Report"a verilən məlumata görə, rəsmi loqotip müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib. İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb. Burada Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.
Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21 - 24 sentyabrda keçiriləcək.
Son xəbərlər
06:12
Kuba sahillərində Panama bayrağı altında üzən gəmi qəzaya uğrayıb
Digər ölkələr
05:51
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
Digər ölkələr
05:08
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirildiyini deyib
Digər ölkələr
04:53
Tramp İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə etdiyini bildirib
Digər ölkələr
04:51
Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər
Digər ölkələr
04:14
Koşta: 24 Aİ ölkəsi 2027-ci il üçün Ukraynaya əlavə kreditin ayrılmasını dəstəkləyib
Digər ölkələr
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət
03:11
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
Digər ölkələr