Bakı. 3 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.
"Report" TASS-a istinadən xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.
"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı zalın sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib.
Qeyd edilir ki, marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq.
Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.