"Şahdağ"da keçirilən Dünya Kubokunun sprint yarışının qalibləri məlum olub

"Şahdağ"da keçirilən Dünya Kubokunun sprint yarışının qalibləri məlum olub "Şahdağ" Turizm Mərkəzində təşkil edilən Xizək Alpinizmi üzrə Dünya Kubokunun sprint yarışı üzrə qaliblər məlum olub.
Fərdi
10 Yanvar , 2025 16:40
Şahdağda keçirilən Dünya Kubokunun sprint yarışının qalibləri məlum olub

"Şahdağ" Turizm Mərkəzində təşkil edilən xizək alpinizmi üzrə Dünya Kubokunun sprint yarışının qalibləri məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, mükafatçılar medallar və diplomlarla təltif olunublar.

Qadınlar
1. Emili Harror (Fransa)
2. Marian Fatton (İsveçrə)
3. Seliya Perilla-Pessey (Fransa)

Kişilər
1. Arno Lyeta (İsveçrə)
2. Robin Bussar (İsveçrə)
3. Ferrar Martines (İspaniya)

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərini əhatə edəcək.

Turnirdə 26 ölkədən - Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin, Avstriya, Andorra, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan, Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın şəxs mübarizə aparır.

Atletlər yanvarın 11-də vertikal, 13-də isə individul növlər üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.

Son xəbərlər

Orphus sistemi