Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün komissarlığa rüşvət verib

Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün komissarlığa rüşvət verib Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün rüşvət verib.
Fərdi
25 Avqust , 2022 14:13
Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün komissarlığa rüşvət verib

Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün rüşvət verib.

"Report" xəbər verir ki, bunu xokkeyçi Ənvər Süleymanov ifadəsində təsdiqləyib.

22 yaşlı oyunçu komissarlıq əməkdaşına pul göndərdiyini, lakin bileti almadığını söyləyib.

Daha əvvəl bir neçə idmançının biznesmen Farit Samiqullinə müraciət etdiyi, onun pulu Ufa şəhərinin Orconikidze və Kalinin rayonları üzrə hərbi komissar müavininə köçürdüyü bildirilib. Vasitəçi bu ilin aprelində saxlanılıb, sonrada istintaq təcridxasından ev dustaqlığına keçirilib. Onun ifadəsi sayəsində müstəntiqlər rüşvət verən xokkeyçiləri, habelə çağırış şöbəsinin rəisi Konstantin Voropayevi tapıblar.

Süleymanovdan başqa digər xokkeyçilər - Mixail Vorobyov və Vladislav Lukin də ordudan yayınmaq üçün hərbi komissarlıq əməkdaşına rüşvət verməkdə şühbəli bilinirdilər. Daha sonra Vorobyov orduda xidmətə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi