Rio-2016 paradı: Küveyt bayraqsız keçib, Argentina fitə basılıb
Fərdi
- 06 avqust, 2016
- 01:36
Bakı. 6 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının açılış mərasimində baş tutan atletlərin paradı zamanı Olimpiadadan kənarlaşdırılmış Küveyt dövlətinin idmançıları azarkeşlər önündən Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçiblər.
"Report" xəbər verir ki, həmçinin parad zamanı Argentina nümayəndə heyəti isə fitə basılıb.
Avstraliyalı idmançıların formalarında isə ölkənin bütün olimpiya çempionlarının adları yazılıb.
Yunanıstanın bayraqdarı ölkə tarixində ilk dəfə qadın olub. Ellada bayrağını daşıma şərəfinə Sofiya Bekatoru layiq görülüb. O, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında Emiliya Tsulfa ilə duetdə qızıl, 2008-ci il Pekin Olimpiadasında isə bürünc medal qazanıb.
Son xəbərlər
22:06
Foto
İtaliyanın aparıcı polis təhsil müəssisələri ilə kadr hazırlığı sahəsində əməkdaşlıq müzakirə olunub
Elm və təhsil21:49
"Reuters": ABŞ İranda konkret şəxsləri hədəf ala bilər
Digər ölkələr21:25
Premyer Liqanın XXI turunda "Sumqayıt" "Qəbələ" ilə bərabərə qalıb
Futbol21:24
FT: Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmasını bloklayıb
Digər ölkələr21:04
Tramp Ali Məhkəmənin rüsumlarla bağlı qərarını "biabırçı" adlandırıb
Digər ölkələr21:01
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb
Fərdi20:49
İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır
Region20:45
İsrail ordusu Livanda HƏMAS-ın komanda mərkəzinə zərbə endirib
Digər ölkələr20:45
Foto