Bakı. 24 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” ənənəvi şahmat turnirində 11-cu turun oyunları keçirilib.
"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov italiyalı Fabiano Karuana ilə heç-heçə edib – 0,5:0,5.
Turun digər oyunları və turnir cədvəli:
Uesli So (ABŞ) – İvan Şariç (Xorvatiya) – 1:0
Aniş Qiri (Hollandiya) – Lyuk van Veli (Hollandiya) – 1:0
Hou İfan (Çin) – Baadur Cobava (Gürcüstan) – 1:0
Radoslav Voytaşek (Polşa) – Din Lijen (Çin) – 0:1
Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Fabiano Karuana (İtaliya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Levon Aronyan (Ermənistan) – Vasili İvançuk (Ukrayna) – 0,5:0,5
Karlsen – 8 xal, So – 7,5, Vaşye-Laqrav, Qiri, Din Lijen – 7, İvançuk, Karuana – 6,5, Rəcəbov – 5,5, Aronyan, Voytaşek – 5, Hou İfan – 4, van Veli – 3,5, Şariç – 3, Cobava – 1,5.