Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib

Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib "İdman paytaxtı" Qubada təşkil olunan lll İdman Festivalının növbəti günündə səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.
Fərdi
22 Noyabr , 2024 09:37
Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib

"İdman paytaxtı" Qubada təşkil olunan lll İdman Festivalının növbəti günündə səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri və taekvondo üzrə təlimlər keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.

Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıblar. Səmimi görüşün sonunda yeniyetmə idmançılar üçün Olimpiya çempionları tərəfindən avtoqraf sessiyası təşkil edilib.

Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.

Son xəbərlər

Orphus sistemi