Qran-pri: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

Qran-pri: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB O, həlledici qarşılaşmada İsraildən olan Tohar Butbulla üz-üzə gələcək. 
Fərdi
26 May , 2023 20:06
Qran-pri: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.

Qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.

17:05

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Moldova təmsilçisi Adil Osmanova qalib gəlib.

O, həlledici qarşılaşmada İsraildən olan Tohar Butbulla üz-üzə gələcək.

Eyni çəkidəki Nurlan Osmanov və 81 kq-dakı Zelim Tçkayev mübarizəni dayandırıblar.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi