Polşada medal qazanan Azərbaycan atleti: Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı

Polşada medal qazanan Azərbaycan atleti: Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı və artıq digər turnirlərdə rahat çıxış etmək olur.
Fərdi
27 Avqust , 2024 15:35
Polşada medal qazanan Azərbaycan atleti: Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı

Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı və artıq digər turnirlərdə rahat çıxış etmək olur.

Bunu "Report"a açıqlamasında Azərbaycan atleti Anna Skidan deyib.

Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində reallaşan Kamila Skolimovska Memorialında çəkicatma üzrə uğurlu çıxış edərək ikinci yeri tutan idmançı yarışın yüksək səviyyədə keçdiyini bildirib:

"Mənə dəstək olan və təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Yarış mənim üçün uğurlu alındı. Turnir dolu tribunalar önündə keçirilirdi. Tamaşaçı sayı çox olanda insanda gözəl emosiyalar yaranır. Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra özümə dincəlmək üçün bir həftə vaxt vermişdim. Daha sonra Bakıda, Kiyevdə məşqlərə başladım və Memorialda iştirak üçün Polşaya yollandım. Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı və artıq digər turnirlərdə rahat çıxış etmək olur".

Qeyd edək ki, Anna Skidan Kamila Skolimovska Memorialında 71.82 metr nəticə ilə ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi