Pekin-2022: Azərbaycan paralimpiyaçısı zədələndiyi üçün yarışa qoşula bilməyib

Pekin-2022: Azərbaycan paralimpiyaçısı zədələndiyi üçün yarışa qoşula bilməyib Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəni dayandırıb.
Fərdi
9 Mart , 2022 08:46
Pekin-2022: Azərbaycan paralimpiyaçısı zədələndiyi üçün yarışa qoşula bilməyib

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, buna paralimpiyaçının zədələnməsi səbəb olub.

Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.

Qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.

Son xəbərlər

Orphus sistemi