Paris-2024-də tarixi gün: Azərbaycan idmançılarından iki medal

Paris-2024-də tarixi gün: Azərbaycan idmançılarından iki medal Bu gün Azərbaycanın iki idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Fərdi
1 Avqust , 2024 22:28
Paris-2024-də tarixi gün: Azərbaycan idmançılarından iki medal

Bu gün Azərbaycanın iki idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

"Report" xəbər verir ki, yarışın növbəti günündə idmançılarımız aktivinə 2 medal birdən yazdırıb.

Cüdo yarışlarında Hidayət Heydərovdan sonra Zelim Kotsoyev də Azərbaycan adına qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gəlməklə tarixi uğura imza atıb.

Növbəti medalı isə ölkəmizin aktivinə boksçu Alfonso Dominqes yazdrıb. 92 kq çəki dərəcəsində çıxış edən dəri əlcək ustası qazaxıstanlı Aybek Oralbaya qalib gələrək yarımfinala adlayıb və bürünc medalı özü üçün təmin edib. Onun bu raunddakı rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq. Dominqes ard-arda iki olimpiadada medal qazanan Azərbaycan boksçusu kimi tarixə düşüb.

Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millisi üçün gün uğurlu keçməyib. İki oyuna çıxan basketbolçularımız əvvəlcə Fransa yığmasına 10:15, ardınca isə Almaniyaya 8:12 hesabı ilə məğlub olub. Yığmamızın növbəti rəqibi sabah Avstraliya olacaq.

Son xəbərlər

Orphus sistemi