Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək. "Report" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq. İdmançımız N qrupunun II matçında Ki
Fərdi
29 İyul , 2024 08:00
Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

"Report" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

İdmançımız N qrupundakı ikinci matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.

Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Honq Yu Yanqla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.

Daha sonra ölkəmiz cüdo yarışlarında təmsil olunacaq. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.

Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.

Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.

Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi