Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək - YENİLƏNİB

Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək - YENİLƏNİB Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Fərdi
7 Avqust , 2024 20:30
Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

15:10

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərov 1/8 finalda Mohamed Elsayedidən (Misir) üstün olmuşdu. O, yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi