Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı 4 qat olimpiya və 5 qat dünya çempionu Mixain Lopes Nunyeslə üz-üzə gəlib.
Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.
Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.
Təmsilçimiz finala gedən yolda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələcək.
Görüş bu gün, saat 23:00-da başlayacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə qarşılaşıb.
Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə sonuncu xal (1:1) prinsipi ilə qalib gəlib.
İdmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla görüşəcək.