“Hazırlıq üçün Bakını seçməyimizin səbəbi Azərbaycanın qardaş ölkə olmasıdır. Azərbaycan ağırlıqqaldırması da yüksək nəticələr qazanıb. Bir yerdə hazırlıq komandamızın xeyrinə olacaq".
"Report"un məlumatına görə, bunu Bakıda təlim-məşq toplanışında olan ağırlıqqaldırma üzrə Özbəkistan millisinin baş məşqçisi Baxram Mendibayer jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Bakıda yaradılan şəraitdən razılıq ifadə edib: “Azərbaycana təlim-məşq toplanışına gəlməkdə məqsəd ilin əsas yarışı sayılan Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır. Amma bundan öncə iki lisenziya xarakterli turnirə qatılacağıq. Məşq etdiyimiz ağırlıqqaldırma zalı bütün tələblərə cavab verir, lazımi inventarla təmin olunub. Burada hər şey ürəyimizcədir”.