Olimpiakosun futbolçusu: "Neftçi" ilə matçda çətinliklər çox idi"

Olimpiakosun futbolçusu: "Neftçi" ilə matçda çətinliklər çox idi" "Qələbə qazanmağımız mütləq vacib idi. Əlbəttə, cavab matçı da var. İlk qarşılaşmada nələrin yaxşı və pis alındığına baxacağıq. Bunun üçün vaxtımız olacaq".
Fərdi
22 İyul , 2021 14:00
Olimpiakosun futbolçusu: Neftçi ilə matçda çətinliklər çox idi

"Qələbə qazanmağımız mütləq vacib idi. Əlbəttə, cavab matçı da var. İlk qarşılaşmada nələrin yaxşı və pis alındığına baxacağıq. Bunun üçün vaxtımız olacaq".

"Report"un məlumatına görə, bu fikirləri "Olimpiakos"un futbolçusu Tanasis Andrutsos Yunanıstanda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi azarkeşlərin tribunalara qayıdışına sevindiyini bildirib: "Onlar üçün darıxmışdıq. Fanatlar bizim üçün əlavə qüvvə oldu".

Afina təmsilçisinin digər oyunçusu Giorqos Masuras Azərbaycan klubu ilə görüşdə çətinliklərin çox olduğunu söyləyib: "Bütün bunların öhdəsindən gəlmək olmur. Bizim üçün hansısa maneə yoxdur. Yumruq kimi birləşsək, qorxacaq bir şeyimiz olmamalıdır. Bəzi problemlər yaşadıq, onlara baxacağıq. Düşünürəm ki, cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi