Olimpiadaya lisenziya qazanan Azərbaycan idmançısı: Açığı, şokda idim, hətta sevincimdən ağladım

Olimpiadaya lisenziya qazanan Azərbaycan idmançısı: Açığı, şokda idim, hətta sevincimdən ağladım Bunun baş verəcəyini gözləmirdim. Açığı, şokda idim. Hətta sevincimdən ağladım.
Fərdi
29 May , 2024 13:21
Olimpiadaya lisenziya qazanan Azərbaycan idmançısı: Açığı, şokda idim, hətta sevincimdən ağladım

Bunun baş verəcəyini gözləmirdim. Açığı, şokda idim. Hətta sevincimdən ağladım.

Bunu "Report"a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan qılıncoynadanı Anna Başta deyib.

Sablyaçı bu xəbəri məşqçisindən öyrəndiyini bildirib: "Sonra telefonuma bununla bağlı çoxlu mesajlar gəldiyini gördüm. Hərçənd ki, mənə deyirdilər ki, belə bir şey ola bilər. Zədədən sonra ağır dönəm keçirirdim. Mənə həqiqətən çox çətin idi. Bu xəbərdən sonra isə sanki ikinci nəfəsim açıldı".

Anna Başta Parisdə hədəfinin dəyişməyəcəyini vurğulayıb: "Yaxşı mübarizə aparmaq və döyüşlərdən həzz almaq istəyirəm. Əvvəl həmişə medal haqqında danışırdım. İndi isə bunu etməyəcəyəm. Çünki zədədən sonra tam toparlanmalıyam. Olimpiadanın startına cəmi iki ay qalıb, bu səbəbdən hazırlığa başlamalıyam".

Son xəbərlər

Orphus sistemi