Murad Məmmədov: Avropa çempionu olacağıma inanırdım

Murad Məmmədov: Avropa çempionu olacağıma inanırdım Yarışda çempion olacağıma inanırdım.
Fərdi
15 Fevral , 2024 23:16
Murad Məmmədov: Avropa çempionu olacağıma inanırdım

Yarışda çempion olacağıma inanırdım.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

“Yarışdan əvvəl Xorvatiyada keçirilən turnirdə qolumdan zədə almışdım. Ciddi zədə idi. Həkimlər cərrahi əməliyyatı məsləhət gördülər, lakin imtina etdim. Çünki belə olduqda 5-6 ay yarışlardan kənarda qala bilərdim”, - o əlavə edib.

M.Məmmədov qeyd edib ki, zədəsinə baxmayaraq yarışa böyük səylə hazırlaşıb: “Məşqləri davam etdirib, Avropa çempionatına qatıldım. Avropa çempionatında 4 görüş keçirdim. Əsas görüşlərim yarımfinal və final görüşlərim oldu. Yarımfinal görüşündə Rusiya idmançısına qalib gəlib finala vəsiqə qazandım. Finalda Ukrayna idmançısına qalib gəlib, Avropa çempionu oldum”.

O, gələcək hədəflərini də açıqlayıb: “Bildiyiniz kimi, dünya çempionatında gümüş, bürünc mükafatçısıyam. İnşallah gələcəkdə bu medalları qızıl edəcəyəm. Bütün idmançılar kimi mənim də arzum, Olimpiya çempionu olmaqdır”.

Son xəbərlər

Orphus sistemi