Naxçıvan idmançıları 2025-ci ildə 443 medal qazanıblar

Fərdi
  • 26 dekabr, 2025
  • 16:42
Naxçıvan idmançıları 2025-ci ildə 443 medal qazanıblar

Naxçıvan idmançıları 2025-ci ildə ölkə və beynəlxalq səviyyəli yarışlarda 197-si qızıl, 129-u gümüş, 117-si bürünc medal olmaqla ümumilikdə 443 medai qazanıblar.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının idman sahəsində və ictimai həyatında fərqlənən qabaqcıl gənclərin mükatandırılması mərasimində gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov deyib.

İdmançılardan ikisi dünya çempionatının, 87-si beynəlxalq turnirlərin, 106-sı isə Azərbaycan çempionatının qalibi olub.

M.Seyidov bildirib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində də zəruri tədbirlər icra edilməkdədir. Artıq Naxçıvan şəhərində və muxtar respublikanın şəhər və qəsəbələrində 19 yerdə açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti